Vladanka Andreyeva: “Partlayış nəticəsində həlak olanların ailələrinə dərin
hüznlə başsağlığı verirəm” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva Bakıda güclü yanğın nəticəsində həlak
olanların ailələrinə başsağlığı verib.
“Bakının Binəqədi rayonunda mebel sexində baş vermiş faciəvi partlayış
nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Zərərçəkənlərə şəfa diləyirəm. Dualarımız sizinlədir. Allah rəhmət eləsin!” –
deyə diplomat özünün “X” sosial şəbəkə hesabında bildirib.
Xatırladaq ki, bu gün Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində
yerləşən mebel sexində partlayış baş verib, ardınca yanğın başlayıb. Hadisə
yerinə xüsusi texnika və canlı qüvvə cəlb olunub, yanğının söndürülməsi
istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülüb.
İlkin araşdırma zamanı dağıntılar altından üç nəfərin meyiti tapılıb. Hadisə
nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
My deepest condolences go out to the families of the victims of the tragic
workshop explosion in Binagadi, Baku. Wishing a swift recovery to those
injured. Our thoughts are with you. Allah rəhmet eləsin! 🖤#Baku
— Vladanka Andreeva (@Vladanka_A) January 15, 2024
Source link