8c535812-10a7-46a5-b34d-4bf5149f752a..jpg

Vladimir Pızin: “Paşinyan və Makron eyni yuvanın quşudurlar” – RUSİYADAN ŞƏRH

Baxış sayı: 597 dəfə baxılıb.

Vladimir Pızin: “Paşinyan və Makron eyni yuvanın quşudurlar” – RUSİYADAN ŞƏRH

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının
iclası və Müstəqil Dövlətlər Birliyinin sammiti başlayıb, onun çərçivəsində
Azərbaycan və Ermənistan tərəfləri arasında danışıqların aparılması nəzərdə
tutulub. Lakin Rusiya Xarici İşlər Nazirliyi mümkün görüşü elan etdikdən sonra
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Bişkekə getməyəcəyini
bildirib. Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB
Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib. Onun əvəzinə
Qırğızıstanın paytaxtına nazir müavinini göndərməyi qərara alıblar.

Aydın məsələdir ki, bunlar hamını özünün Qərbə istiqamətləndiyinə inandırmağa
çalışan İrəvan rəhbərliyinin növbəti nümayişkaranə hərəkətləridir. Bundan əvvəl
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) demarşlar, Rusiya
Prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin
Roma Statutunun ratifikasiyası, avropalı müşahidəçilərin Ermənistana dəvət
olunması, Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə görüş və bir çox
başqa şeylər olub.

Seçki Texnologiyaları Mərkəzinin direktoru, sosiologiya elmləri namizədi,
Rusiya İctimaiyyətlə Əlaqələr Birliyinin vitse-prezidentiVladimir Pızin
vəziyyətiCixisyolu.com-a şərh edib:

– Müstəqil ekspert kimi fikrimi bildirəcəyəm. Bu (Ermənistanın Qərbə “üz
tutması” – red.) Nikol Paşinyanın böyük və “sifarişli”, belə deyək, səhvidir
ki, bu da Ermənistanın baş nazirinin özü üçün acınacaqlı nəticələrə gətirib
çıxaracaq, bütövlükdə Ermənistana isə daha pis təsir göstərəcək. O, erməni
xalqını böyük bəlaya salıb. Bütün bunların günahkarı isə Fransanın bölgədə
eşələnməsidir. Belə çıxır ki, Fransada hər şey pis olanda Qafqazda ancaq
intriqa yaratmaq qalır.

Hesab edirəm ki, prezidentlər İlham Əliyev və Vladimir Putinin müdrikliyi
xarici qüvvələrin uğurlu oyun oynamasına imkan verməyəcək. Bununla belə,
Fransanın özünün elə bir gücü yoxdur, sadəcə, sözləri və təkəbbürlü
davranışları var. Azərbaycan Prezidenti İlham Əliyev kiminlə danışıb, kiminlə
danışmamaq barədə çox aydın mövqe sərgiləyib.

Nikol Paşinyanı isə çoxdan nüfuzdan salmaq olardı, amma Rusiya prezidenti ona
dözür, düşünür ki, Paşinyan faydalı nəsə etməyə çalışır. Eyni zamanda,
Ermənistanın baş naziri, sadəcə olaraq, Corc Sorosun pulunun “haqqını verir”.
Paşinyan və Fransa Prezidenti Emmanuel Makron eyni yuvanın quşudurlar.

Hazırda Nikol Paşinyan tarixi səhvə yol verir. Ermənistanın bədbəxtliyi də elə
bundadır. İndi hər şey prezidentlər İlham Əliyevin, Vladimir Putinin və Rəcəb
Tayyib Ərdoğanın müdrikliyindən və səbrindən asılıdır. Düşünürəm ki, onlar
vəziyyəti məqbul istiqamətə aparacaqlar. Qalan oyunçuların hadisələrə təsir
edəcək heç bir resursu, arqumenti yoxdur. Lakin çoxlu sözləri var.

Erməni xalqı isə növbəti dəfə xarici müştərilərə xidmət edən liderindən
əziyyət çəkib. Ermənistan düzgün nəticə çıxarmalıdır ki, növbəti dəfə kimi və
haranı seçəcəyini bilsin. Erməni cəmiyyətinin problemi var – onlar özləri
özlərini aldada, tora sala bilirlər. İndi də baş verən budur.

Nair Əliyev

Source link