51f34b13-38ba-4c63-a65d-7b05308ea77c..jpg

Vladimir Putin azərbaycanlı həkimi təltif edib – FOTO

Baxış sayı: 383 dəfə baxılıb.

Vladimir Putin azərbaycanlı həkimi təltif edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif
edib.

Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım
İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub.

Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində
yerləşdirilib.

Ruslan Bayramov həkim ailəsində dünyaya göz açıb. Onun babası Əmir Bayramov
Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli diyarının Marneuli rayonunun
Qaçağan kəndində anadan olub. Əlli ilə yaxın Moskvadakı N.V.Sklifosovski adına
Təcili Tibbi Yardım ETİ-də cərrah kimi çalışıb. Sonralar onu oğlu Şamil
Bayramov əvəz edib. O da həmin institutda 30 il xəstələrə xidmət göstərib.

Source link