71e53b79-8575-40f9-88e5-c71c4c76ee5d.jpg

Vladimir Putin: “BRICS-in dünya ÜDM-dəki payı artıq G7-nin göstəricisini üstələyir”

Baxış sayı: 191 dəfə baxılıb.

“BRICS ölkələrinin dünya ümumi daxili məhsulundakı (ÜDM) payı artıq “Böyük
yeddiliy”in (G7) göstəricisini üstələyir və artmağa davam edir”.

Cixisyolu.com-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti
Vladimir Putin BRICS Biznes Forumunda çıxışı zamanı bildirib.

“Məsələn, baxın. 1992-ci il: “Böyük yeddilik” – 45.5%, eyni ildə BRICS
ölkələri – dünya ÜDM-nin 16.7%-i. Bəs indi? 2023-cü il: bizim birliyimiz –
37.4%, “Böyük yeddilik” isə – 29.3%. Və fərq artır. Bu artacaq, bu
qaçılmazdır”, – deyə Rusiya lideri qeyd edib.

Putin vurğulayıb ki, BRICS qlobal iqtisadiyyatda əhəmiyyətli rol oynayır.

“Tamamilə aydındır ki, bu rol sabah da artacaq. Birliyimizə daxil olan
ölkələr, əslində, dünya iqtisadi artımının hərəkətverici qüvvələridir. Məhz
BRICS-də yaxın gələcəkdə qlobal ÜDM-in əsas artımı yaranacaq”, – deyə Rusiya
prezidenti bildirib.

Source link