Vladimir Putin Rusiyada növbəti prezident seçkisində iştirak edəcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vladimir Putin Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkisində iştirak
etməyə razılıq verib.
Bu barədə jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən
mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər.
Putinin Rusiya dövlət başçısı kimi hazırkı səlahiyyətləri 2024-cü il mayın
7-də başa çatır. Növbəti prezident seçkisi martın 17-nə təyin edilib.
Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürür. O, qalib gəlsə,
daha altı il, 2030-cu ilə qədər dövlət başçısı postunu tutacaq.
Mənbə: TASS