1f49a8f4-d0c9-4745-9781-5b92dbbf2c72..jpg

Voleybol üzrə Azərbaycan çempionatında II turun təqvimi bəlli olub

Baxış sayı: 469 dəfə baxılıb.

Voleybol üzrə Azərbaycan çempionatında II turun təqvimi bəlli olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II turun oyunlarının
təqvimi bəlli olub.

Cixisyolu.com xəbər verir ki, matçlar noyabrın 25-də Bakı və Gəncədə keçiriləcək.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə”nin bu dəfə
qonağı “Azərreyl” olacaq. Görüş saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki görüş
baş tutacaq. Əvvəlcə saat 15:00-da “Murov Az Terminal” və “Milli Aviasiya
Akademiyası” komandaları meydançaya çıxacaqlar. Saat 18:00-da isə “Abşeron”la
UNEC üz-üzə gələcək.

Source link