de789a55-640a-46d9-9dc6-d1f34452728b.jpg

Voleybol üzrə milli komandalarımız dünya reytinqində geriləyib

Baxış sayı: 37 dəfə baxılıb.

Voleybol milliləri üzrə dünya reytinq cədvəlində Azərbaycan seçmə
komandalarının da mövqeyi bəlli olub.

Cixisyolu.com xəbər verir ki, qadın voleybolçulardan ibarət millimiz 108.95 xalla
dünyanın 35-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı
ilə müqayisədə 4 pillə geriləyib.

Qadın millilərin cədvəlinə İtaliya yığması başçılıq edir. Onların aktivində
437.03 xalı var. Onları Braziliya izləyir (407.09 xal). Üçlüyü ABŞ qapayır –
362.27 xal.

Kişilərdən ibarət komandamız da mövqeyini dəyişib. Seçmə komandamız 22.31
xalla 82-ci pilləyə enib. Onlar 7 rəqibini özlərindən irəli buraxıblar.

İlk üçlük dəyişməz qalıb. Polşa (401.31) liderliyini qoruduğu halda, Fransa
(378.07) ikinci pilləyə yüksəlib. ABŞ (365.87) isə üçüncüdür.

Source link