Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Estoniya ilə qarşılaşacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada
keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti
oyununu keçirəcək.
“Report”un məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv
Estoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Yığmamız daha əvvəl
Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə
xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə
birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.