11808f21-7fb3-49a1-81a6-581f996eb2e1..jpg

Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanı sınağa çəkəcək

Baxış sayı: 591 dəfə baxılıb.

Voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanı sınağa çəkəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay
şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA)
çempionatında dördüncü oyununa çıxacaq.

Cixisyolu.com xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litvanı
sınağa çəkəcək.

Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandamız əvvəlki üç oyunda
Estoniya, Latviya və Ukraynaya 0:3 hesabı ilə məğlub olub. U-20 son görüşünü
sabah Polşaya qarşı keçirəcək.

Qeyd edək ki, yanvarın yeddisinədək davam edəcək turnir AVRO-2024-ə seçmə
xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final
mərhələsində iştirak etmək hüququ qazanacaq.

Source link