Voleybolçularımız Bolqarıstan millisini məğlub edib

Voleybolçularımız Bolqarıstan millisini məğlub edib

Baxış sayı: 3. 211 dəfə baxılıb.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, Faiq Qarayevin yetirmələri Bolqarıstanla qarşılaşıb.

Oyun millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun paralel oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkib. Ukrayna bu görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 9 xalı olan Azərbaycan yığması turnir cədvəlində Bolqarıstanla birlikdə 1-2-ci yerləri bölüşdürür. 

www.ÇıxışYolu.Com