Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Səfər iyunun 24-nə planlaşdırılır. Səfərin proqramına Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər daxildir. Görüşlərdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.