Vuçiç: “Serbiyada inqilab mümkün deyil”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Serbiyada inqilab və ya hakimiyyətin zorakılıqla ələ keçirilməsi mümkün deyil
və dekabrın 30-da bəzi seçki məntəqələrində təkrar səsvermənin nəticələrinə
görə ölkə xalqı hakim koalisiyaya dəstəyini açıq şəkildə ifadə edib”.
Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“İnqilablar olmayacaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsi olmayacaq.
Xalq kimi dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu, əsas əhəmiyyət kəsb
edir”, – Vuçiç vurğulayıb.
Serbiyada dekabrın 17-də növbədənkənar parlament və bələdiyyə seçkiləri
keçirilib. İkinci yerdə qərarlaşan müxalif Serbiya Zorakılığa Qarşı blokun
nümayəndələri səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia ediblər.
Dekabrın 18-də müxalifət Belqradda Respublika Seçki Komissiyasının binası
yaxınlığında silsilə mitinqlərə başlayıb və dekabrın 24-də paytaxt
administrasiyasına basqın etməyə cəhd edib.
İğtişaşlar polis tərəfindən yatırılıb, 38 nəfər saxlanılıb, yeddi nəfər
günahını etiraf edib. Vuçiç Belqrad administrasiyasını ələ keçirmək cəhdini
ölkənin suverenliyinə qəsd adlandırıb.