64e0e8a4-1cfa-4cce-b89d-f70f2225d3ad..jpg

Vüqar Bəybalayevin yeni iş yeri bəlli oldu

Baxış sayı: 428 dəfə baxılıb.

Vüqar Bəybalayevin yeni iş yeri bəlli oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İrəvan”ın sabiq kapitanı Vüqar Bəybalayevin yeni iş yeri bəlli olub.

O, “Football-plus.az”a açıqlamasında “Səbail”də seleksiyaçı menecer olaraq
fəalliyyat göstərəcəyini açıqlayıb:

“Karyeramı bitirdikdən sonra “Səbail” rəhbərliyi mənimlə əlaqə qurdu. Sağ
olsunlar klubda işləməyə dəvət etdilər. Artıq karyeramda yeni səhifə açmağın
vaxtı idi. Əlimdən gələni edəcəyəm ki, mənə göstərilən etimadı doğruldum”.

V.Bəybalayev “İrəvan”dan necə ayrılması barədə də danışdı:

“Mən onlardan tələb edirdim ki, futbolçuların hamısının borcu ödənməlidir.
Asim Əlizadə yaxşı şəraitdə əməliyyat olunmalıdır. Bundan əlavə, oyunçular
geyim dəsti ilə təmin olunmalıdır. Bunların heç biri normal şəkildə yerinə
yetirilmədi. Mən də sözümdən dönmədim. Komandaya qayıtmadım. Heç bir məvacib
tələb etmədən müqaviləmə xitam verdim. Bütün sənədlərimi götürərək komandadan
ayrıldım. Əslində “İrəvan” borclarımın müəyyən faizini ödəməyə hazır idi. Lakin
Asim Əlizadə və geyim dəsti ilə bağlı istəyim təmin olunmadı. Mən də istəklərim
ya tam olmalıdı, ya da gedirəm dedim. Bundan sonra klubla yollarımı ayırdım.
Sənədlərimi aldım və pul istəmədən onlarla sağollaşdım”.

Source link