86f773f2-d9f5-49ac-84f5-1fb7cfa12744..jpg

Vüqar Bayramov: “Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma var”

Baxış sayı: 527 dəfə baxılıb.

Vüqar Bayramov: “Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq
həcmlərində azalma var”

“Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma
davam edir. Belə ki, əgər banklar bu ilin mart ayında 68,6 milyon manat ipoteka
krediti yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında
40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35,9 milyon manat olub.
Göründüyü kimi, sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin
həcmi hər ay əvvəlki aya nisbətən azalıb. İyul ayında mart ayına nisbətən
bankların ipoteka kreditlərinin həcmində iki dəfəyə yaxın azalma qeydə alınıb”.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Digər tərəfdən, əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz
dərəcələri yüksək olaraq qalmaqdadır. Sistem əhəmiyyətli ilk üç bank istisna
olmaqla digər əksər banklarda illik faiz dərəcəsi 12-dən başlayır və bu da
mənzil alışı üçün kifayət qədər yüksək faizlər hesab olunmalıdır”, – deputat
bildirib.

Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə əmlak bazarı iqtisadi
aktivlik baxımından vacib sektorlardandır:

“Bu, bir tərəfdən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət
edir, digər tərəfdən, real sektoru canlandırır. Ona görə də Azərbaycanda da
bankların verdiyi ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsi
və faizlərin endirilməsi vacibdir. Bu, vətəndaşların kreditlərə əlçatanlığının
təmin edilməsi, mənzil probleminin həllinə dəstək olunması və bütövlükdə, həmin
sektorda aktivliyin qorunub-saxlanması baxımdan əhəmiyyətlidir”.

Source link