Vüqar Bayramov: “Biz elmdən daha çox ölümə pul xərcləyirik” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əhalinin ən çox pul xərclədiyi sahələr bəlli olub.
Xezerxeber.az-ın məlumatına görə, yanvar-fevral ayının ticarət dövriyyəsinə
əsasən, xərcləmələrin 50 faizi ərzaq məhsullarına sərf olunub.
İkinci yerdə isə içkilər və tütün məmulatları durur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü,
millət vəkili Vüqar Bayramov deyir ki, iki ayda vətəndaşlar bu məhsullara 440
milyon manat xərcləyiblər. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və
tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənib.
Deputat deyir ki, biz elmdən daha çox ölümə pul xərcləyirik.
Qeyd edək ki, ilin ilk iki ayında xərcləmələrin sadəcə 1,3 faizi, yəni 109
milyon manat kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına
sərf olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: