6d4d571a-2368-4303-ac1a-1e2ace298e79..jpg

Vüqar Gülməmmədov: “AzTV-də aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də var”

Baxış sayı: 463 dəfə baxılıb.

Vüqar Gülməmmədov: “AzTV-də aparılan audit tədbirlərində bir sıra nöqsanlar
hələ də var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü ildə AzTV-də aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də
var. Bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın
rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb”.

Cixisyolu.com xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
bu gün keçirilən Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ilə dair
hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib:

“Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada
sadəcə bir məsələ – bir podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli
şəxslərə təqdim edildiyi aşkar olunub. Sırf bu məsələ araşdırılması üçün
hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait
dövlət büdcəsinə geri qaytarılıb”.

Könül Cəfərli

Source link