ea9fa6df-8a5b-4ef9-b494-8219fe50e1e0..jpg

Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri bəlli olub – FOTO

Baxış sayı: 769 dəfə baxılıb.

Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri bəlli
olub – FOTO

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis
edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərindəki
“Tata Steel Chess” turnirində məlum olub.

Vüqar Həşimov Şahmat Fondundan verilən məlumata görə, yarışın bağlanış
mərasimində əsas və “challenge” yarışı üzrə fərqlənən qrosmeysterlər təltif
ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı
Vinsent Kaymer və “challenge”in iştirakçısı türk Mustafa Yılmaza verilib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.

Source link