b413c90a-3eb2-4e4a-9eb4-84a592f2ea66.jpg

Vüqar İskəndərov: “Uşaqlara fondlar, hüquqi və fiziki şəxslər də dəstək ola bilərlər”

Baxış sayı: 129 dəfə baxılıb.

“Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar
formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra
hakimiyyəti orqanları yardım və imtiyazlar tətbiq edə bilər”.

Cixisyolu.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat
Vüqar İskəndərov deyib.

Onun təklifinə görə, uşaqlara yalnız icra hakimiyyəti yox, həm də fondlar,
hüquqi və fiziki şəxslər də dəstək ola bilərlər:

“Bununla həm də dövlətin yükünü azalmış olar. Bu məsələ “Uşaq hüquqları
haqqında” Qanunun preambula hissəsində qeyd olunub. Belə ki, beynəlxalq
konvensiyada və bu qanunda insan 18 yaşa qədər uşaq hesab edilir. Amma
Azərbaycan Respublikası “Gənclər siyasəti haqqında” Qanunda uşaq yaşı 13-də
bitir. Çünki həmin qanunda Azərbaycanda gənclik yaşı 14-29 hesab edilir.
Gələcəkdə bu uyğunsuzluğa baxmalıyıq”.

Mərahim Nəsib

Source link