1bc613d2-bf31-4789-8e82-9f143f37b194..jpg

Vüqar Kərəmov “Rəqibim kəməri ancaq yuxuda görə bilər” dedi: Gərginlik yaşandı – VİDEO

Baxış sayı: 531 dəfə baxılıb.

Vüqar Kərəmov “Rəqibim kəməri ancaq yuxuda görə bilər” dedi: Gərginlik yaşandı
– VİDEO

“Rizin” Bakıya xoş gəlib. Bu kəməri iki ay əvvəl qazanmışam. Bunu icarəyə
götürməmişəm. Kəmər bir il məndə qalacaq”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Azərbaycan MMA döyüşçüsü Vüqar Kərəmov
“Rizin” Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi “Landmark 7”
turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

Yaponiyalı Suzuki Çihiro ilə döyüşəcək hazırkı kəmər sahibi iddialı
açıqlamalar verib:

“Suzuki ilə eyni yarışda döyüşmüşük. O da”Bellator”un çempionudur. Bu, onu
aldatmasın ki, ölkəmdə məni məğlub edəcək. Bir il bu kəmər məndə qalacaq. Bunu
sübut edəcəyəm. Suzuki bu kəməri ancaq yuxuda görə bilər. Məndə olduğu müddətdə
onu ala bilməyəcək”.

Qeyd edək ki, Milli Gimnastika Arenasındakı yarışda Tofiq Musayev, Vüqar
Kərəmov, Mehman Məmmədov, Nəriman Abbasov və Tural Rəhimov iştirak edəcəklər.

Faiq Tahirov

Source link