Vüqar Kərimov: Obyektlərlə bağlı istədiyimiz inkişafa nail olmamışıq

Vüqar Kərimov: Obyektlərlə bağlı istədiyimiz inkişafa nail olmamışıq

Baxış sayı: 3. 721 dəfə baxılıb.

Vüqar Kərimov: Obyektlərlə bağlı istədiyimiz inkişafa nail olmamışıq

Təssüf ki, obyektlərlə bağlı istədiyimiz inkişafa nail olmamışıq. Bu obyekt rəhbərləri bilməlidir ki, gec-tez bu qurğular quraşdırılmalıdır. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

May ayında atmosfer havasının çirkləndirilməsinin qarşısının alınması ilə bağlı bütün ictimai iaşə obyektlərinə müasir standartlara uyğun təmizləyici qurğuların quraşdırılması ilə bağlı göstərişlər göndərilib:

“Onlara iki ay vaxt verildi. Təəssüf ki, sentyabr ayına kimi yalnız bir iaşə obyekti bu qurğunu quraşdırmışdı. Ancaq prezident İlham Əliyevin doqquz aylıq hesabat çıxışından sonra iaşə obyektləri məsələnin ciddiliyini nəzərə aldılar və 307 obyektdə qurğular quraşdırılıb. Onların 277-si normalara uyğundur. Artıq həmin ərazilərdə tüstü olsa da, qoxu normadan artıq deyil”.

Aparat rəhbəri qeyd edib ki, eyni proses daş karxanalarında da həyata keçiriləcək:

“Təəssüf ki, obyektlərlə bağlı istədiyimiz inkişafa nail olmamışıq. Bu obyekt rəhbərləri bilməlidir ki, gec-tez bu qurğular quraşdırılmalıdır. Hər bir müəssisə işə başlayan zaman onların texniki tələblərində bu qurğuların quraşdırılması göstərilir. Bəlkə də, biz bu monitorinqdə, tələblərdə gecikmişik. Obyektlərin bəziləri neçə vaxtdır ki, fəaliyyət göstərir, amma qurğular quraşdırılmayıb. Ona görə də onlara elə gəlir ki, biz yeni nəsə bir şey tələb edirik. Əslində, bunlar yeni deyil”.

İlhamə Əbülfət

www.ÇıxışYolu.Com