00784739-bb32-4924-8ce1-43e69babeb73..jpg

Vüqar Muradov: “Əsgərlikdə olmasam da, Vətən müharibəsinə könüllü getdim” – VİDEO

Baxış sayı: 718 dəfə baxılıb.

Vüqar Muradov: “Əsgərlikdə olmasam da, Vətən müharibəsinə könüllü getdim” –
VİDEO

Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ
müharibəsinə könüllü getdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu verilişlərin birində
deyib.

“İkinci Vətən müharibəsi başlayanda 37 yaşım vardı. Mənim yaşım düşmürdü,
çünki o yaşda hərbiyə çağırış yox idi. Amma mən qaçıb getdim cəbhəyə. Zamanında
orqanizmimdə olan problemlər – ayağımın altının düz və mədəmdə xora olması
səbəbilə məni əsgərliyə aparmamışdılar. Halbuki, əsgər olmaq böyük arzum idi.
Əsgərlik də keçməmişdim. Arxa cəbhədə, Beyləqan, Füzuli, Ağcabədi tərəfdə
əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxış etdim və
oradan birbaşa müharibəyə getdim”, – deyə Vüqar vurğulayıb.


Source link