Vüqar Muradov: “Cavanşir Məmmədov mənim ağsaqqalım idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Cavanşir Məmmədov mənim ağsaqqalım idi”.
Bunu Cixisyolu.com-a açıqlamasında müğənni Vüqar Muradov deyib.
O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki,
atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:
“Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda oldu ilk gündən. Nə dəstək
lazımdır, göstərdi. Dedi ki, sənin əmin ölməyib, həmişə yanındayam. Mən xaricdə
yarışda iştirak edib qələbə qazanmışdım. Məni öz “Rolls Royce” avtomobili ilə
özü gəlib gətirdi. Çox üzülürəm ki, bu gün onun dəfn mərasimində iştirak
edirəm”.
Vüqar Muradov, həmçinin, dələduzluğa məruz qalmasından da söz açıb:
“Bildiyiniz kimi, nömrə satışı ilə məşğul olan şəxs mənə qarşı dələduzluq
edib, mən şikayət etmişəm, amma hələ də bir nəticə yoxdur.
Həmçinin, evimdə çalışan usta da məndən xeyli miqdarda pul aldı, dedi, övladım
xəstədir. Sonra yoxa çıxdı və nömrəsini dəyişdi. Polisə şikayət etsəm də, adamı
hələ də tapa bilməyiblər. Heç bir nəticəsi yoxdur”.
Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bu gün qəfil vəfat edib. Onun
ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Rövşən Əsədov