Vüqar Muradov evində işləyən ustaları polisə şikayət etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Vüqar Muradov evində çalışan ustalardan şikayət edib.
Axşam.az xəbər verir ki, sənətçi ustaların ona ziyan vurduğunu, üstəlik pulunu
alıb, qaytarmadıqlarını bildirib:
“Bu iki dələduz, ustalıqdan xəbəri olmayan Rasim və Cəlal mənim evimdə
işləyirdilər. Evimi bərbad günə qoymuşdular, yazığım gəldi, dedilər qalaq
işləyək. Dedim işləyin, səhvlərinizi də düzəldin. Düzəltmədilər, hətta biri
350, o biri də 460 manat borclu qaldı. İndi telefona cavab vermirlər, söz
vermişdilər gətirib pulu qaytaracaqlar. İki aydır gətirmirlər, vurduqları ziyan
ən az 3-4 min manat arasıdır. Sabunçuda yaşayırlar və hər ikisi də
Gədəbəydəndir”.
Vüqar Muradov sözügedən məsələ ilə bağlı polisə də müraciət edib:
“Azərbaycan polisindən xahiş edirəm bu iki dələduzla bağlı tədbir görsünlər”.