f43f4e33-7014-4dc6-8c43-9059ab3b439f..jpg

Vüqar Səfərli ilə birgə həbs edilən tikinti şirkətinin rəhbəri vaxtından əvvəl azadlığa çıxmaq istəyir

Baxış sayı: 544 dəfə baxılıb.

Vüqar Səfərli ilə birgə həbs edilən tikinti şirkətinin rəhbəri vaxtından əvvəl
azadlığa çıxmaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş
“Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılması
ilə bağlı məhkəməyə müraciət edib.

APA xəbər verir ki, müraciətə Binəqədi Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə müdafiə tərəfinin müraciətdə Nadir Məmmədovun səhhəti ilə bağlı
çəkilməmiş cəzasının şərti hesab edilərək azadlığa buraxılması istənilib.

Məhkəmə iş üzrə Nadir Məmmədovun səhhəti ilə bağlı ekspertiza təyin edib. Bu
səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, “Portos” MMC-nin direktoru Nadir Məmmədov 2021-ci ildə həbs
edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda
mənimsəmədə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Məmmədov 6 il azadlıqdan
məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə
saxlayıb.

Source link