Vüsalə Kərimova: Qadın olmağı unutmuşam

Vüsalə Kərimova: Qadın olmağı unutmuşam

Baxış sayı: 2. 171 dəfə baxılıb.

Tanınmış teleaparıcı Vüsalə Kərimova ARB TV-nin “Boş anlar” verlişinin qonağı olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Kərimova proqram zamanı maraqlı açıqlamalar verib.

O bildirib ki, yaxınlarından gələn qayğı aparıcını qıcıqlandırır:

“Qadın olmağı artıq çoxdan unutmuşam. Qadın evə, ailəyə, uşağa baxırsa, o, artıq qadın deyil. Kənardan mənə qayğı, nəvaziş göstərəndə qıcıqlanıram. Əsəblərimə toxunur. Deyirəm ki, nəyə görə bunu edir, nə güdür bunun arxasında?!

Bəlkə də, heç elə deyil. Çünki insan həyatda tək addımlayır, kimsə nəsə deyər deyə başqalarından qorunur. Hələ ki, sən tanınmış bir insansansa, addımını atanda kimsə sənə yaxınlaşıb söz deyəndə onun altında hansı məqamların olduğunu düşünməyə məcbur olursan.

Ona görə də yaxınlarımdan gələn qayğı məni qıcıqlandırır, istəmirəm. Amma heç vaxt oğlumdan qayğımı, nəvazişimi əsirgəməmişəm”.

.
www.ÇıxışYolu.Com