Vüsal Hüseynov: 54 minə yaxın məhkum azadlığa çıxıb

Vüsal Hüseynov: 54 minə yaxın məhkum azadlığa çıxıb

Baxış sayı: 3. 288 dəfə baxılıb.

2003-cü ildən bəri qəbul edilmiş 5 amnistiya aktının nəticəsində 54 minə yaxın məhkum azadlığa çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, bunu mətbuata açıqlamasında hüquqşünas, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması yönündə aparılan işlərə, islahatlara münasibətini açıqlayarkən deyib.

O, həmçinin qeyd edib ki,  ötən dövr ərzində Prezident İlham Əliyev tərəfindən 3800 nəfərdən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalanıb.

Onun sözlərinə görə,  ölkə prezidenti eyni zamanda, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələlərini həmişə diqqət mərkəzində saxlayıb.

“Bu məqsədlə, sistemli yanaşma ortaya qoyulub,  həm instutsional praktiki tədbirlər görülüb, həm də mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası təkmilləşdirilib.

Ötən 15 il ərzində dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, həmçinin, vətəndaş iştirakçılığının artırılması və elektron xidmətlərin genişləndirilməsi məqsədilə silsilə təbdirlər görülüb.

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətlərinin artırılması, məmnunluğun təmin edilməsi və korrupsiya hallarının qarşısının alınması üçün ən səmərəli vasitə hesab olunan “ASAN Xidmət” modeli təşəbbüs edilib və uğurla icra olunub.

2013-cü ildə fəaliyyətə başlayan “ASAN Xidmət” mərkəzlərinə indiyə kimi 20 milyondan artıq müraciət daxil olub və xüsusilə qeyd edilməlidir ki, insanların bu xidmətdən məmnuniyyət səviyyəsi 98-100 faiz arasında dəyişir.

“ASAN xidmət in 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi”  kateqoriyasında birinci yerə layiq görülməsi isə bu modelə dünyada böyük marağın olmasını göstərir.

Bu gün dünyanın aparıcı dövlətləri “ASAN Xidmət” təcrübəsini öyrənməyə və bu mütərəqqi modeli özlərində tətbiq etməyə can atırlar”-deyə, V. Hüseynov mətbuata açıqlamasında bildirib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com