Miqrasiya Xidmətində “böyük təmizləmə”

Miqrasiya Xidmətində “böyük təmizləmə”

Baxış sayı: 2. 124 dəfə baxılıb.

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov artıq ciddi kadr islahatlarına başlayıb.

ÇıxışYolu.Com “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb.

Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov tutduqları vəzifələrdən azad ediliblər.

İşdən çıxarılanlar arasında daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və iki əməkdaşı da var.

www.ÇıxışYolu.Com