Vüsal Şıxəliyev: “Azərbaycana münasibətdə “Business Ready” hesabatı 2025-ci
ildə nəşr ediləcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dünya Bankının “Business Ready” hesabatı Azərbaycana münasibətdə 2025-ci ildə
nəşr ediləcək”.
Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor
müdiri Vüsal Şıxəliyev bu gün keçirilən tədbirdə deyib.
O bildirib ki, bu hesabatla bağlı ilkin qiymətləndirməyə artıq bu ildən
başlanılıb:
“Biz biznes mühitinin yaxşılaşdırılmasının Dünya Bankının “Business Ready”
hesabatının suallarına uyğun olaraq ilkin qiymətləndirməsini həyata keçirmişik.
Bu suallar, diaqnostika əsasında artıq yol xəritələri də hazırlanıb”.
Qeyd edək ki, Dünya Bankı reytinqlə bağlı qiymətləndirmə üzrə hesabatları 180
ölkəni üç yerə bölərək həyata keçirir. Belə ki, bu ilin sentyabr ayında Dünya
Bankının “Business Ready” hesabatı reytinq üzrə 180 ölkədən ilk 60 ölkənin
biznes mühitinin qiymətləndirilməsini həyata keçirəcək. Azərbaycanın
qiymətləndirilməsi isə 2025-ci ildə dərc ediləcək.
Könül Cəfərli