Vyaçeslav İqrunov: “Ermənistan nə qədər silahlansa da, Azərbaycan ondan
qat-qat güclü silahlanacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə bildirib ki, İrəvan Bakı ilə
sülh və nizamlanma üçün üç fundamental prinsip, o cümlədən ərazi bütövlüyünün
qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə siyasi
əsas kimi Alma-Ata Bəyannaməsinin qəbulu, suverenliyə qarşılıqlı hörmət
əsasında bütün regional kommunikasiyaların açılması ilə bağlı razılığa gəlib.
Məsələni Cixisyolu.com
Humanitar-Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı siyasi xadim,
SSRİ-də dissident hərəkatının iştirakçısı, Rusiya Federasiyası Dövlət Dumasının
bir neçə çağırış keçmiş deputatıVyaçeslav İqrunov bildirib ki, bu gün
Qərb-Avropa və ABŞ üçün İrəvanı Moskvadan qoparmaq vacibdir.
“Rusiyadan ayrılmış Ermənistan hətta özü özünü müdafiə edə bilməyəcək. Bu,
iqtisadi cəhətdən də, az qala, fəlakət olar. Bu gün Ermənistan Respublikası
Rusiya Federasiyası ilə bağlı olmağa məcburdur. Hətta ən nümayişkaranə
(anti-Rusiya – red.) addımlarla belə, heç bir ağlı başında olan erməni
siyasətçi Ermənistanla Rusiya Federasiyası arasında münasibətləri kəsə bilməz”,
– deyə V.İqrunov vurğulayıb.
Siyasi xadimin fikrincə, qonşu Gürcüstan Rusiya ilə qarşılıqlı fəaliyyətdən
daha az asılıdır, lakin hətta Tbilisi də Qərbin ciddi təzyiqlərinə baxmayaraq,
Rusiya Federasiyası ilə qarşıdurmaya razı deyil:
“Ermənistanda bu cür davranmaq üçün təzyiq daha yüksəkdir. İrəvan Moskva ilə
normal münasibətlərdə çox maraqlıdır. Onun, sadəcə, başqa variantı yoxdur”.
“Silah Ermənistan üçün heç nəyi həll etmir, hətta Fransa və ya Hindistanla
hərbi təchizatla bağlı bəzi müqavilələr imzalansa belə. Azərbaycanın misilsiz
silah imkanları var. Ermənistan nə qədər silahlansa da, Azərbaycan ondan
qat-qat güclü silahlanacaq. Həmin o Qərb, Rusiya kimi, Bakıya müasir silahlar
satacaq. Bir də Türkiyə var. Məsələ bu deyil. Silah pariteti İrəvanın
problemlərini həll etmir. Ermənistanın özünümüdafiə imkanları çox deyil.
Demoqrafiya, iqtisadiyyat, maliyyə məsələləri də var. Azərbaycan bu
göstəricilərə görə Ermənistandan xeyli üstündür”, – İqrunov əlavə edib.
Nair Əliyev