Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakı Narkoloji Dispanserində baş verən yanğınla əlaqədar Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova başsağlığı verib.
ÇıxışYolu.Com Dumanın rəsmi saytına istinadən xəbər verir ki, spiker Rusiya Dövlət Dumasının deputatları və öz adından Narkoloji Mərkəzdə yanğın nəticəsində həyatını itirənlərlə bağlı dərin hüznünü çatdırıb:
“Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”.