a58b639f-2cf7-49aa-ac74-e457b08ab479..jpg

Vyaçeslav Volodindən Ermənistana xəbərdarlıq – VİDEO

Baxış sayı: 721 dəfə baxılıb.

Vyaçeslav Volodindən Ermənistana xəbərdarlıq – VİDEO

“Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının
dövlət başçıları səviyyəsində qəbul edilmiş qərar var. Biz bunu rəhbər
tutacağıq və öz tərəfimizdən bu sazişlərin yerinə yetirilməsini təmin etmək
üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər
isə sadəcə olaraq, ölkəni itirə bilərlər”.

Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bazar ertəsi Azərbaycan
Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bəyan edib.

O, Ermənistanın Avropa strukturlarını, xüsusilə Avropa Parlamenti və AŞPA-nı
Qarabağdakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinin vəziyyəti
gərginləşdirəcəyini, getdikcə daha çox problemlər yaradacağını deyib.

“Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu
kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq
durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti
gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu
edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, – deyə
Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.
Mənbə: Rusiya Dövlət Duması

Source link