Vyana “Qarabağ”ının baş məşqçisi istefa verdi

Vyana “Qarabağ”ının baş məşqçisi istefa verdi

Baxış sayı: 2. 668 dəfə baxılıb.

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana “Qarabağ”ında gözlənilməz istefa olub.

ÇıxışYolu.Com xəbər verir ki, Avstriyanın Şərq regional liqasında çıxış edən komandanın baş məşqçisi Volkan Kahraman vəzifəsindən getdiyini açıqlayıb.

Dünən klub rəhbərliyi ilə görüşən türk mütəxəssis qarşılıqlı razılıq əsasında ayrılıb. Klubun baş meneceri Ramin Şükürov ona uğurlar arzulayıb. 

Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da oynayırlar. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından, Emil Fərzəliyev yanvardan komandaya keçib. Vyana təmsilçisi hazırda turnir cədvəlində 27 xalla VII pillədədir və liderdən 10 xal geri qalır.

S.T.
www.ÇıxışYolu.Com