Avstriya hökuməti Rusiya prezidenti Vladimir Putinin iyunun 5-nə planlaşdırılmış səfəri ilə əlaqədar Vyanada hava məkanını bağlayır.
ÇıxışYolu.Com-ın Gazeta-ya istinadən məlumatına əsasən, bu barədə ölkənin Müdafiə nazirliyinin rəsmisi Mixael Bauer öz Twitter səhifəsində yazıb.
O bildirib ki, hava və yerdə təhlükəsizliyi təmin etmək üçün on təyyarə və yeddi helikopter, kəşfiyyat radarı və 800 əsgər cəlb ediləcək.