Dünya şöhrətli sənətçi, Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova növbəti dəfə Amerikada solo konsert proqramı ilə çıxış edib.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçilər ABŞ-ın Çikaqo, Urbana və Vaşinqton şəhərlərində “Leyli və Məcnun” operası ilə səhnəyə çıxıblar.
“Washington Post” qəzeti Alim Qasımovun performansı barədə məqalə dərc edib.
Qeyd edək ki, səfər çərçivəsində 9 konsert proqramı təşkil olunub.