6881eacd-aa1e-40cc-86fb-a599386b71d8..jpg

“Washington Post” qəzetinin əməkdaşları yarım əsrin ən böyük tətilinə başlayırlar – FOTO

Baxış sayı: 567 dəfə baxılıb.

“Washington Post” qəzetinin əməkdaşları yarım əsrin ən böyük tətilinə
başlayırlar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin “Washington Post” nəşrinin 750-dən çox əməkdaşı tətil edir. Bu, media
şirkətində təxminən 50 ilin ən böyük etirazı olacaq.

Bu barədə nəşrin özü məlumat yayıb.

Bildirilir ki, 750-dən çox işçi 24 saat ərzində vəzifələri yerinə yetirməkdən
imtina edəcək və Vaşinqtonda nəşrin ofisləri qarşısında bir günlük mitinq
keçirəcək.

“Washington Post” əməkdaşları oxuculardan da həmrəylik əlaməti olaraq bir gün
ərzində qəzeti oxumamağı və sayta daxil olmaqdan çəkinməyi xahiş ediblər.

Həmkarlar İttifaqının bildirdiyinə görə, etiraz işçiləri 18 aydır müqaviləsiz
qoyan şirkətlə danışıqların dalana dirənməsi ilə bağlıdır. Qəzetin əməkdaşları,
həmçinin, öz xahişləri ilə təzminat ödəməklə işdən çıxmaq təklifinə qarşı
çıxırlar. Rəhbərliyin işçiləri ixtisar təhlükəsi altında bunu etməyə məcbur
etdiyi iddia olunur.

Eyni zamanda, media şirkətinin menecerləri danışıqların “ədalətsiz” olması
iddiasını rədd edirlər. Menecerlər müqavilənin ayın sonuna qədər bağlana
biləcəyinə ümid etdiklərini bildiriblər.

Mənbə: Nsn.fm

Source link