aeb890cc-3927-4540-bd32-b1e3eaf2893e..jpg

“WhatsApp”a videolarla bağlı yeni möhtəşəm funksiya gəlir – FOTO

Baxış sayı: 361 dəfə baxılıb.

“WhatsApp”a videolarla bağlı yeni möhtəşəm funksiya gəlir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” yeni xidmətini istifadəçilərinə təqdim etməyə hazırlaşır. Belə ki,
artıq videolara yardımçı pəncərədə baxmaq imkanı verən “təsvir içində təsvir”
funksiyası işə salınır.

Yenilik “iOS” üçün “WhatsApp”da 24.7.10.73 nömrəsi altında görünüb.

Tətbiqin beta versiyasını quraşdıranlar “TestFlight” xidməti vasitəsilə üzən
pəncərə rejimində “WhatsApp”a göndərilən “YouTube” və “Instagram”dan videolara
baxa bilərlər.

Gələcəkdə funksiya birbaşa mesencerə yüklənmiş videofayllarla da işləyəcək.

Hələlik funksiya videoya baxışı yalnız proqram daxilində məhdudlaşdırır; iş
masasına çıxmaq və ya başqa proqramı açmağa cəhd etdikdə videonun olduğu
pəncərə bağlanacaq. Bunun gələcəkdə düzəldiləcəyi – videoya baxmağa dayanmadan
smartfonun bütün funksiyalarından istifadə etmək mümkün olacağı gözlənilir.

Yeni “təsvir içində təsvir” video funksiyası hazırda inkişaf mərhələsindədir
və yalnız beta testində mövcuddur.

Yeniliyin bütün “WhatsApp” istifadəçiləri üçün dəqiq nə vaxt işləyəcəyi barədə
məlumat verilmir.

Mənbə: WABetaInfo

Source link