“WhatsApp” istifadəçilərinin bir qismi bəyan edib ki, bloklanmış smartfonlarda bildiriş əldə etdikləri zaman məktubu göndərənin kimliyini görmürlər.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “The Mirror” nəşri məlumat yayıb.
İstifadəçilərin şikayətlərinə əsasən, telefonun ekranında “Məktub” yazısı peyda olur, ancaq dərhal bunun kim tərəfindən göndərildiyini müəyyən etmək olmur. Ona görə də onlar “WhatsApp”ı açmalı və məktubun kim tərəfindən göndərildiyinə baxmalı olurlar. Problemlər “iPhone” sahiblərində özünü göstərir.
Hey @WhatsApp — any idea why this is happening? Not seeing sender name on all new message notifications? pic.twitter.com/fW4GdzpxFi
— Angus Brash (@angusbrash) May 28, 2018
“Ey, “WhatsApp”, suallar gəzir ki, niyə belə olur? Yeni məktubların göndərilməsi zamanı bildirişlərə niyə baxmaq olmur?”
Nəşrin jurnalistləri əmindirlər ki, bu yanlışlıq tədbiqin yenilənməsi zamanı yaranır və onun öhdəsindən gəlmək asandır. Problemi həll etmək üçün “WhatsApp”ın ayarlarına daxil olmaq, “Bildiriş” meynusunu seçmək və “Miniatüru göstərmək” hissəsini təsdiqləmək lazımdır.
Bundan sonra “iPhone” istifadəçiləri mobil telefonun ümumi “Bildirişlər”inə daxil olmalı və “WhatsApp”ı seçməlidirlər. Bundan sonra “Miniatüru göstərmək” bölməsində “Heç vaxt” düyməsini tıklamalıdırlar.