2b67e161-9f27-4de5-9bbf-c446ba7be8ea..jpg

“WhatsApp”la yayılan mesaj Naxçıvanda təşviş yaratdı: Uşaqları oğurlayırlar?

Baxış sayı: 537 dəfə baxılıb.

“WhatsApp”la yayılan mesaj Naxçıvanda təşviş yaratdı: Uşaqları oğurlayırlar?

Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının
olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.

“Report”un yerli bürosunun sorğusuna cavab olaraq, qurumdan bildirilib ki,
bununla bağlı məlumatlar həqiqəti əks etdirmir.

“Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə “WhatsApp”
hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır”,
– deyə nazirlikdən qeyd olunub.

Xatırladaq ki, “WhatsApp” proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq
oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər
Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd
ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını
dəqiqləşdirdiyi bildirilir.

Source link