“Wikileaks” təsisçisi internetdən məhrum oldu

“Wikileaks” təsisçisi internetdən məhrum oldu

Baxış sayı: 3. 907 dəfə baxılıb.

“Wikileaks” saytının təsisçisi Culian Assanc internetdən məhrum edilib.

ÇıxışYolu.Com  “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın keçmiş maliyyə naziri Yanis Varufakis öz səhifəsində məlumat yayıb.

Varufakis Ekvadorun Londondakı səfirliyinə sığınmış Assancın internetə girişinə və qonaq qəbuluna məhdudiyyətin qoyulmasından dolayı narahatlıq ifadə edib.  İddiaya görə, internetin kəsilməsi bilavasitə Ekvador hökumətinin göstərişi olub.

Ekvador hökuməti məlumatı təsdiq edib. Rəsmi bəyanata görə, hökumət onun internet vasitəsilə ABŞ-da prezident seçkilərinə müdaxilə etməsindən şübhələndiyindən internetə girişini müvəqqəti olaraq məhdudlaşdırıb.

www.ÇıxışYolu.Com