“Wikileaks”in informatorunu ABŞ-a “satan” haker ölüb

“Wikileaks”in informatorunu ABŞ-a “satan” haker ölüb

Baxış sayı: 2. 909 dəfə baxılıb.

“Wikileaks” saytı ilə əməkdaşlıq etmiş ABŞ hərbçisi Bredli Menninqi federal orqanlara “satmış” haker Adrian Lamo 37 yaşında dünyasını dəyişib.

ÇıxışYolu.Com “BBC”yə istinadən xəbər verir ki, hakerin ölüm səbəbi hələ ki, elan edilməyib.

Bir neçə il əvvəl Lamo “Yahoo” və “Microsoft” kimi korporasiyaların daxili şəbəkələrini “sındırıb”, eyni zamanda “The New York Times”ın kompüter sistemlərinə müdaxilə edə bilib.

Ancaq o, qalmaqallı  “Bredli Menninq işi” ilə bağlı məşhurlaşıb.

ABŞ hərbçisi Menninq  onunla yazışmalarında, “Wikileaks”ə məxfi materialları, o cümlədən 2007-ci ildə İraqda ABŞ helikopterindən insanların güllələnməsi görüntüsünü ötürdüyünü bildirib.

Lamo bu barədə ABŞ xüsusi xidmət orqanlarını məlumatlandırıb və Menninq saxlanılaraq, 35 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ildə sabiq ABŞ prezidenti Barak Obamanın əfv fərmanından sonra azadlığa çıxıb.

Lamo hələ 2011-ci ildə bildirmişdi ki, o, informatoru könüllü şəkildə “satmayıb”, onu buna məcbur ediblər.

“Wikileaks” təsisçisi Culian Assanc  Lamonu “vicdanla bağlı heç bir anlayışı olmayan yazıq fırıldaqçı” adlandırmışdı.  

.
www.ÇıxışYolu.Com