Perunun Kusko bölgəsində torpaq sürüşməsi nəticəsində bir sakin faciəvi şəkildə həlak olub.
ÇıxışYolu.Com “Life.ru”ya istinadən xəbər verir ki, hadisə onlarla şahidin gözləri qarşısında baş verib. Şahidlərdən biri daş uçqununu telefonu ilə lentə alıb.
Kadrlada torpaq sürüşməsindən sonra yola qaya parçalarının töküldüyünü görmək olur. Qadın təhlükəli sahədə duraraq dağa qarğış tökür.
Ətrafdakı insanların xəbərdarlığına baxmayaraq o vaxtında ərazidən uzaqlaşa bilmir və növbəti daş uçqununun altında qalır.
Yerli mətbuatın məlumatına görə, qadın içkili olub, ona görə, ölümdən qurtulmaq heç bir addım atmayıb.