747f08fb-4fd7-420a-8b6f-ff9e63163b4b..jpg

Xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edilib

Baxış sayı: 414 dəfə baxılıb.

Xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 50130-4:2024
“Xəbərdarlıq sistemləri – Hissə 4: Elektromaqnit uzlaşması – Məhsul ailəsi
standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial
siqnalizasiya sistemlərinin komponentləri üçün dözümlülük tələbləri” dövlət
standartı qəbul edilib.

Cixisyolu.com-ın AZSTAND-a istinadən xəbərinə görə, standartda yaşayış, ticarət,
sənaye mühitləri, binalar və onların ətrafında istifadə üçün nəzərdə tutulan
siqnalizasiya sistemləri, yanğın, aşkarlama, müdaxilə və yanğın siqnalizasiya
sistemlərinin komponentlərinə dair dözümlülük tələblər əks olunub.

Qeyd edək ki, yeni dövlət standartı “İnformasiya-kommunikasiya
texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə
müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə
normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Source link