Aparıcı Xədicə Sənanqızı AzTV-də yeni telelayihə ilə tamaşaçıların qarşısına çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, Xədicə AzTV-də “Gün başladı” adlı səhər şousunu aparacaq.
Bir saat davam edəcək proqram həftəiçi hər gün saat 11:30-da canlı yayımlanır. Verilişin ilk qonaqları isə Xalq artisti Mehriban Zəki və Əməkdar artist Sevda Ələkbərzadə olub.
Qeyd edək ki, aparıcı Xədicə Sənanqızı bundan əvvəl İTV-də “Sağlam yaşam” adlı verilişi təqdim edirdi.
Rəşad Əliyev