Xələf Xələfov: Siyasi iradə olsa, konvensiya mütləq qəbul olunacaq

Xələf Xələfov: Siyasi iradə olsa, konvensiya mütləq qəbul olunacaq

Baxış sayı: 2. 772 dəfə baxılıb.

Xəzərin hüquqi statusu ilə bağlı, demək olar ki, tam razılıq əldə olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, İşçi Qrupunun üzvü Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Konvensiyanin hazırlanması istiqamətində işlər yekunlaşıb: 

“Xəzərin hüquqi statusu ilə bağlı sammitdən əvvəl İşçi Qrupu səviyyəsində görüş planlaşdırılır. Görüşün mayın 20-dən sonra Astanada keçirilməsi nəzərdə tutulub. Ondan sonra isə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısı olacaq.

Deyə bilərəm ki, tərəflərin konvensiyanın qəbul olunması üçün siyasi iradəsi var və əgər sammit baş tutsa, bu sənəd mütləq imzalanacaq”.

www.ÇıxışYolu.Com