Xərçəngdən əməliyyat olunan Sevda Əliqızının səhhəti necədir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Süd vəzisi xərçəngindən əziyyət çəkən müğənni Sevda Əliqızı noyabrın
sonlarında əməliyyat olunub.
Sənətçinin hazırkı vəziyyətinin necə olduğunu öyrənmək üçün Bizim.Media-nın
əməkdaşı S.Əliqızı ilə əlaqə saxlayıb.
S.Əliqızı müalicələrini davam etdirdiyini söyləyib:
“Səhhətim günü-gündən yaxşılaşır. Müalicələrimi davam etdirirəm. Bir az əvvəl
həkim qəbulunda idim. İndi isə evə gedirəm. Şükürlər olsun ki, aldığım
müalicələr müsbət nəticə verir”.