Xərçəngdən əziyyət çəkən Sevda Əliqızı əməliyyat olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xərçəngdən əziyyət çəkən müğənni Sevda Əliqızının xəstəxanadan görüntüsü
yayılıb.
Hacı Nuran Hüseynli xəstəxanada müalicə alan müğənnini ziyarət edib.
O, Sevda xanımın artıq əməliyyat olunduğunu bildirib:
“Heç kim xəstəlikdən sığortalanmayıb. Xüsusən də bütün günü əsəb, stres içində
yaşayan insanlar daha çox səhhətləri ilə bağlı problemlər yaşayırlar. Əsrin
bəlası olan xərçəng də hər addımda insanları yaxalayır, onlara həyatı dar edir.
Mən xərçənglə mübarizənin nə demək olduğunu gözəl bilirəm. Çünki artıq neçə
illərdir ki, ona üsyan edirəm. Bu gün belə bir iradəyə sevilən müğənni Sevda
Əliqızının da ehtiyacı var. Çünki o, artıq neçə vaxtdır ki, süd vəzi
xərçəngindən əziyyət çəkir. Sevda xanımın qorxduğu əməliyyat peşəkar həkim
tərəfindən uğurla həyata keçirilib”.