Bu gündən “Nobel həftəsi”, yəni müxtəlif sahələr üzrə Nobel mükafatlarının
laureatlarının adlarının açıqlanması başlayır.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə nobelprize.org saytında xəbər
verilib.
Bildirilir ki, Nobel həftəsi İsveçin paytaxtı Stokholmda tibb və fiziologiya
sahəsində laureatın adının elan edilməsi ilə açılacaq.
Yaxın günlərdə digər nominasiyalarda da mükafat sahibləri məlum olacaq.
Məlumata görə, oktyabrın 8-də fizika, oktyabrın 9-da kimya, oktyabrın 10-da
ədəbiyyat üzrə laureatlar elan ediləcək, oktyabrın 11-də isə Norveçin paytaxtı
Osloda sülh mükafatı laureatının adı açıqlanacaq.
Gələn həftənin ilk günündə isə iqtisadiyyat üzrə mükafat sahibinin adının
açıqlanması ilə Nobel həftəsinə yekun vurulacaq.
“1968-ci ildə İsveç Dövlət Bankı tərəfindən təsis edilmiş Alfred Nobel
xatirəsinə iqtisadiyyat üzrə mükafat sahibinin adı 14 oktyabrda müəyyən
olunacaq”, – deyə məlumatda vurğulanıb.
favoritlər kimlərdir?
Xərçəngdən təkamülə: Bu il Nobel mükafatı üçün favoritlər kimlərdir?
Namizədlər
Nobel komitələri son ana qədər nə mükafata namizədlər, nə də onların
namizədliklərini irəli sürənlər barədə heç nə açıqlamırlar. Mütəxəssislər gizli
saxlanılan adlar barədə fərziyyələr irəli sürürlər.
İsveçli ekspertlər artıq bir neçə ildir ki, BRCA1 irsi süd vəzi xərçəngi
genini kəşf edən amerikalı Meri-Kler Kinqin laureat olmaq şansının olduğunu
düşünürlər.
Bu nominasiyada həmçinin ABŞ-dən xərçəngin immunoterapiyası sahəsində
tədqiqatların öncülü olan Stiven Rozenberqin adı çəkilir.
ABŞ-nin “Clarivate” şirkəti alimlərinin fikrincə isə Conatan Koen və Helen
Hobbs “ürək-damar xəstəliklərinin müalicəsi üçün yeni dərmanların yaradılmasına
gətirib çıxaran lipid mübadiləsinin genetikası üzrə tədqiqatlarına görə” bu
mükafata layiq görülə bilər.
“Clarivate” həmçinin favoritlər arasında neyrobioloqlar – amerikalı Ann
Qreybil, yapon Okihide Hikosaka və Britaniya-alman tədqiqatçısı Volfram Şultsu
qeyd edirlər. Onlar “hərəkət və davranışın, o cümlədən öyrənmənin idarə
edilməsi mərkəzi olan bazal qanqliyaların fizioloji tədqiqatlarına görə”
mükafat ala bilərlər.
Digər mümkün laureatlar arasında Almaniyada işləyən xorvat alim Davor Zolter
və Keniya-Britaniya alimi Əzim Surani kimi təkamül bioloqları var. Onlara
“məməlilərin epigenetikası və inkişafı haqqında anlayışı dərinləşdirən genomik
imprintinqin kəşfinə görə” mükafat verilə bilər.