42104ac1-5e90-45a3-a512-248a8adb2056..jpg

Xəstə uşağın valideynini aldadan saxta polkovnikə hökm oxundu

Baxış sayı: 557 dəfə baxılıb.

Xəstə uşağın valideynini aldadan saxta polkovnikə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Dəmir Quliyevin
(şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və D.Quliyev
cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş
polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv olunub.

İttihama görə, Dəmir Quliyev zərərçəkmiş M.M.-in (şərti) sosial şəbəkədə
azyaşlı övladının ağır xəstəlikdən əziyyət çəkdiyini və bu məqsədlə övladına
yardım edilməsi məqsədi ilə aidiyyəti qurumlara və ölkə rəhbərliyinə çoxsaylı
müraciətlər etməsi barədə məlumatlar yaydığını görüb. O, 2022-ci ildə
zərərçəkmiş şəxsin mobil nömrəsinə zəng edib, yalandan özünü Azərbaycan
Prezidenti Administrasiyasında aparat rəhbəri, polkovnik Vəliyev kimi təqdim
edib, çoxsaylı müraciətlərinin ölkə rəhbərliyi tərəfindən nəzarətə
götürüldüyünü və övladına bununla bağlı ilkin olaraq 2 800 manat yardım
ediləcəyi və kirayə qaldığı üçün xüsusi mənzillə təmin olunacağı barədə yalan
vədlər verərək onu inandırıb. Dəmir bu niyyətlə M.M.-in mobil nömrəsi ilə
“MilliÖn” onlayn ödəmə aparatı vasitəsi ilə “portmanat.az” saytında
qeydiyyatdan keçməsini təmin edib, sonra sənədlərin düzəldilməsi adı ilə
zərərçəkmiş şəxsdən ödəmə terminalı vasitəsi ümumilikdə 1 545 manat pulu
dələduzluq yolu ilə ələ keçirib.

Source link