Xəstədən 60 kiloqramlıq  şiş çıxdı – FOTO

Xəstədən 60 kiloqramlıq şiş çıxdı – FOTO

Baxış sayı: 2. 669 dəfə baxılıb.

ABŞ-ın Konnektikut ştatında Denberi xəstəxanasının həkimləri pasiyentin yumurtalığından 60 kiloqramlıq şişi xaric edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə xəstəxananın saytında məlumat yayılıb.

Qadın həkimə sürətli şəkildə kökəlməsi ilə bağlı şikayət edib. Şikayətçinin çəkisi hər həftə 5 kiloqrama yaxın artıb. 

Maqnit-rezonans tomoqrafiyadan sonra qadının yumurtalığında nəhəng şiş aşkarlanıb. Şiş xoşxassəli olsa da, sürətli şəkildə inkişaf edib və pasiyentin hərəkət etməsini çətinləşdirib.

Şişi kənarlaşdırmaq elə də asan olmayıb. 25 həkimdən ibarət komanda iki həftə ərzində cərrahi müdaxilənin planını hazırlayıb. Belə ki, onlar şişin olduğu hissədən keçən qan damarını zədələməməyə çalışıb.

Beş saat davam edən əməliyyat uğurla başa çatıb.

.
www.ÇıxışYolu.Com