Çexiyanın Ostrava şəhərində xəstəxanaların birində xəstələri güllə atəşinə tutan şəxs özünə qəsd edib.
Bu barədə “RİA Novosti” yerli polis idarəsinə istinadla xəbər verib.
Bildirilir ki, hüquq-mühafizəçilər onun avtomobilini aşkarlayıblar. Onu həbs etmək istəyərkən isə kişi özünü öldürüb. Kişinin kimliyi araşdırılır.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7 radələrində Çexiyada şəhər xəstəxanasında naməlum kişi palatalardan birinə daxil olaraq xəstələri gülləbaran edib. Nəticədə altı nəfər həlak olub, daha iki nəfər yaralanıb.